Salam, xoş gəlmisiniz.

"Formula 1" rəhbərliyi daha iki yarışı təxirə saldı - RƏSMİ

2020-03-13 17:13:00

"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" yarışın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, təşkilatçılar koronavirus pandemiyasının geniş miqyasda yayılmasına görə bu addımı atıb.

Bəhreyn Qran-prisi 20-22 martda, Vyetnamdakı yarış isə 2-5 apreldə baş tutmalı idi.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi Avstraliyadakı yarışı ləğv edib, Çin Qran-prisini isə təxirə salıb. 5-7 iyunda isə Azərbaycan Qran-prisi təşkil olunmalıdır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93