Fövqəladə vəziyyət rejimi İYULUN SONUNADƏK UZADILIB

29 İyun, 2020, 22:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Tailandda COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb.

Bu barədə qərarı Baş Nazir Prayut-Çanoçanın rəhbərlik etdiyi operativ qərargah verib. Virusun yayılmasının ikinci dalğası riskinin yüksək olduğunu bildirən Baş Nazir fövqəladə vəziyyət rejiminin iyulun sonunadək uzadılması qərarını müdafiə edib.

“Fövqəladə vəziyyətin qüvvədə olması hökumətə virusun yayılmasının qarşısını almaq üçün qanuni vasitələr verəcək”, – deyən Baş Nazir əlavə edib ki, əgər ikinci dalğa baş verərsə, bu qərar hökumət qurumlarına ölkə sərhədlərini, iş və istirahət mərkəzlərini bağlamaq imkanı verəcək.

Qeyd edək ki, Tailandda son 35 gündə daxili ötürülmə yolu ilə virusa yoluxma qeydə alınmasa da, xaricdən gələnlər arasında yoluxma halları hələ də davam edir. Hökumət ikinci dalğa ehtimalı ilə əlaqədar ehtiyatlı davranmağa üstünlük verib. Fəaliyyətinə icazə verilmiş sahələrdə isə sanitar-gigiyena qaydalarına, maska taxılmasına, sosial məsafənin qorunmasına dair ciddi tələblər var. \\Modern


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93