Fransa səfirliyi Çempionlar Liqasına gedən idmançılarımıza niyə viza vermədi? – AÇIQLAMA

9 Oktyabr, 2019, 11:26
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov "Araz" klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.

Hurriyyet.org xəbər verir ki, o, qafqazinfo-ya açıqlamasında çətin vəziyyətdə qaldıqlarını bildirib.

Axundov Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib: "Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Əgər vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik".

Federasiya prezidenti viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığının sözlərinə əlavə edib: "Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız İran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?"

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək: "Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA-da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq".

Qeyd edək ki, "Araz" futzal üzrə UEFA Çempionlar Liqasında çıxış etmək üçün Belçikaya yollanıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93