Fransalı deputat qondarma rejimin tanınmasını təklif edir – TƏXRİBAT

9

Fransa parlamentinin deputatı Fransua Pupponi növbəti təxribata əl atıb.

Modern.az xəbər verir ki, siyasətçi öz Tvitter səhifəsində qondarma Qarabağ rejiminin tanınması barədə qətnaməni parlamentin gündəliyinə təqdim edəcəyini açıqlayıb.

O, qətnaməni bir neçə deputat həmkarının imzaladığını da açıqlayıb. Təxribat xarakterli qətnamənin parlamentin gündəliyinə salınıb-salınmayacağı məlum deyil.