Fransanın bambılı prezidenti Makrona

11

II MƏKTUB

Sənin kimi beyinsiz və şərəfsiz prezidentə böyük fransız xalqı necə dözür, bilmirəm

Hər dəfə internetdə sənə baxıb fikirləşirəm: Ayə, o boyda dahilər, siyasətçilər ölkəsində adam tapa bilmirdilər ki, prezident seçsinlər, səni seçdilər? Sənə baxanda aşkar görünür ki, başının ölçüsü hamıda olduğu kimi 58 deyil, 48-50-dir. Bunu gizlətmək mümkün deyil. Və bu onu göstərir ki, başının razmeri meymun başının razmeri ilə eynidir. Deməli, beyninin də çəkisi 1 kq. 600 qram deyil, normadan 400 qram az, təqribən 1 kq. 200 qramdır.

Yaxşı ki, sən keçmişlərdə olduğu kimi, ölkəni təkbaşına idarə etmirsən. Ətrafında güclü parlament, senat və ağıllı adamlar yüzlərlədir. Sən ancaq təkliflər fikirləşə bilərsən, onu da sözsüz ki, ölkədə heç kim bəyənməyəcək. Bəs necə olub, sən bu cür fizionomiyada doğulmusan?

Bunun tarixi uzundur və Fransanın Afrika cəngəlliklərində işğal etdiyi yarım-meymunların dövrünə gedir. Görünür, orda sənin əcdadlarından biri nəsə dinc qalmayıb və nəticədə 200-300 il sonra sən formalaşıb, dünyaya gəlmisən.

Ay bambılı, sənin bu cür qatı ermənipərəstliyin ya onu göstərir ki, sən tamamilə ədalətdən, mənəviyyatdan uzaq adamsan, bu da sənin kimilər üçün çox təbiidir, ya da tamamilə elmdən, xüsusilə də tarix elmindən, dünya xalqlarının mənşəyindən, harda yaşamalarından, etnogenez kimi mühüm bir elmdən tamamilə xəbərsiz, kütbeyin bir adamsan. Çünki əgər bir balaca mənəviyyatlı, ədalətli və dünyagörüşü olan bir adam olsaydın, bu qədər quduz ermənipərəst olub, Türkiyə və Azərbaycanla düşmən olmazdın. Ay savadsız bədbəxt! Ermənilərin keçən əsrdə Türkiyədə başına gələnlərin tarixini və səbəbini bilmək istəyirsənsə, tamamilə türklərdən, müsəlmanlardan uzaq olan iki ABŞ tarixçisi və professorları Castin və Karoline Makkartilərin  bütün dünya dillərinə tərcümə olunmuş “Ermənilər və türklər”  monoqrafiyasını oxu. Oxusaydın, hər şeyin necə və niyə baş verdiyini bilərdin. Bilərdin ki, 200 il bundan əvvələ qədər ermənilər yalnız Şərqi Anadoluda məskun olublar, cənubi Qafqazda isə heç bir dənə də olsun nəinki kəndləri, hətta nümayəndələri də olmayıb. İrəvan ruslar tərəfindən alınanda şəhər əhalisinin heç 2-3 faizi də erməni olmayıb. İrəvanın əsasını kim qoyub, ay qanmaz! Rəvan adlanan bu şəhərə sonralar türk dilində olduğu kimi “i”  əlavə olunaraq, İrəvan adlanmışdır.

Yalnız çar imperiyasının işğalçılıq siyasəti nəticəsində 1813 və 1828-ci illərdə İranla müharibədə qalib gəlib, Azərbaycanın şimalını işğal edib İrandan qoparmışdır. Və sonra Osmanlı imperiyası ilə müharibələrdə uşaqdan-böyüyə kimi ruslara qoşulub türklərə qarşı vuruşan silahsız, evlərdə qalan türk arvad-uşaqlarını qırıb-tökən erməniləri türk dövləti 1915-ci ildə deportasiya eləməyə məcbur oldu. Əgər Fransa İngiltərə ilə amansız müharibə apararkən ölkənizdə yaşayan ermənilər ingilislərə qoşulub fransız uşaq və qadınlarını qırıb-töksəydilər, sən onlara neylərdin? Bundan sonra sən Fransada bir nəfər də olsa, ermənini yaşamağa qoyardınmi?

İndi də bir az özümüz, kim olmağımız, vətənimiz barədə. Çünki bizim haqqımızda demək olar ki, heç nə bilmirsən. Biz on min illərdir ki, güneyli-quzeyli Azərbaycan indiki şimali İran və Dağıstandan, Tiflisdən bu yana, bütün Ermənistan (Ermənistan adlı ölkə dünyada heç vaxt olmayıb, II Tiqran 10-15 il hakimiyyətdə olub və hakimyyətə necə gəlib, Roma sərkərdəsi Lukull ilə döyüşdə necə əsir düşüb, qandallanaraq Romaya aparılması tamailə ayrı əhvalatdır) daxil olmaqla ərazilər Midiya adlanıb. Daha sonra güneydə Atropatena, quzeydə isə romalıların nədənsə Albaniya adlandırdığı bir ölkədir. Azərbaycanın tarix boyu müxtəlif hökmdarların adıyla müxtəlif dövlətləri olub. Sonralar Sasani imperiyasının tərkibində olarkən İran adlanmış və bu yanlış termin bu günə qədər davam edir. İranda isə min il ərzində – XI əsrdən 1925-ci ilə, yəni Rza Pəhləviyə qədər hakimiyyətdə azərbaycanlılar olub. Azərbaycan-türk hökmdarı Şah İsmayıl Xətai nəinki bütün İranın, bütün Qafqazın, hətta ondan kənarlarda olan ərazilərin də hökmdarı olub və təmiz ana dilində – türk dilində bir neçə şeir divanı da yazıb-yaratmaqla həm də böyük şair olub. O vaxtlar həm quzey, həm də güney Azərbaycanda ermənilərin izi-tozu da olmayıb. İndi ay kütbeyin, sən 1988-1991-ci illərdə axışıb Dağlıq Qarabağa gələn və burada çoxluq təşkil edən erməniləri yerli əhali hesab edirsən. Sovet dövləti və Stalin Nərimanovu zorla məcbur edərək 1923-cü ildə onlara muxtariyyət qazandırdı və bu, dünyada görünməmiş bir ədalətsizlik idi. Cənab bambılı, necə olur ki, 80-100 min erməniyə bizdə müstəqillik verirsən, bəs niyə Fransadakı 2 milyon erməniyə heç muxtariyyət də vermirsən? Belə ədalətli və ağıllı adamsan, niyə öz ölkəndəki vəziyyətə baxmırsan?

İndi də beş-altı kəlmə ermənilərin və bizim xaraktercə kim  və necə olmağımız barədə. Bunun üçün bilirsənmi, kimə müraciət edirəm? Fransanın vicdanı sayılan dahi yazıçı Aleksandr Dümanın şahidliyinə, qələminə və düşüncəsinə etiraz etmirsən ki?

XIX əsrin ikinci yarısında Düma gəlib Qafqazı qarış-qarış gəzmiş və “Qafqaz” adlı möhtəşəm bir əsər yazmışdır. O, burada yaşayan bütün xalqların nümayəndələri ilə görüşmüş və onları yaxından tanıyıb xarakterizə etmişdir. Ey ədalət nə olduğunu bilməyən bambılı prezident! Aleksandr Düma (ata) kitabın elə birinci fəslində yazır:

“Hər xalqın öz sənəti vardır; fars öz ipəyini, ləzgi mahud parçalarını, azərbaycanlı (ruslar Azərbaycanı işğal edərkən buranın əhalisinin dilinin Rusiyada yaşayan tatarların dili ilə təxminən eyni olduğunu görüb bizi  “tatar” adlandırmışlar və Düma da eyni cür adlandırır və aydındır ki, bu bizim günahımız deyil və tərcüməçi Şamil Zamanlı kimi mən də azərbaycanlı yazıram –Ə.N) silahını satır; erməninin isə peşəsi yoxdur, o satılan, pula gedən, hətta pula getməyən hər şeyin alverini edir.

Ümumiyyətlə, burada ermənilər o qədər də yaxşı ad-san qazanmayıblar. Yeri gəlmişkən, bu barədə mən də öz fikrimi deyim: əgər azərbaycanlı sizə başı ilə razılıq işarəsi verirsə, ona etibar edin.

Əgər hər hansı bir dağlı sizə söz verirsə, buna şübhə etməyin.

Ancaq əgər hansı bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər də şahid tutun ki, sonra o, öz  imzasını danmasın”.

Kitabının başqa  – XXIII fəslində A. Düma mövzuya qayıdıb, yenə yazır: “Farsa inanmayın, onun sözünə, içdiyi anda da inanmayın; verdiyi sözü həmişə öz mənafeyi xətrinə dəyişə bilər, içdiyi anda baxmayaraq, həmişə xəyanət etməyə hazırdır.

Erməni, boyda elə təxminən fars kimidir; ancaq o tez piylənir. Fars isə heç vaxt kökəlmir.

Əgər evə bir qonaq dəvət olunubsa, yaxud da ləyaqətli müsafir gəlmişsə, bunun erməni üçün fərqi yoxdur. Evdə bayramdır. Onda daha iri, kök dananı kəsməzlər – dana Ermənistanda nadir heyvandır, qoyun kəsərlər.

Ermənilərin məişətinin görünən zahiri tərəfi bax, belədir – ciddi qənaətçilik, əmrə, qaydaya meyllilik ruhu, ticarət işlərində böyük ağıl onların  əsas xüsusiyyətidir”.

İndisə kölgədə qalan başqa bir sifətə baxaq: bu ikinci sifət onlarla yalnız uzun zaman ünsiyyətdə olarkən üzə çıxıb görünür. Dərindən öyrəndikdə görürsən ki, bu cəhət erməni millətini yəhudi millətinə yaxınlaşdırır.

Ermənilər yəhudilər kimi bütün dünyaya yox (ermənilər təəssüf ki, artıq bütün dünyaya yayılıblar Ə.N.) yalnız bütün Asiyaya yayılıblar. Onlar bu yerlərdə hər cür hökmranlığı, zalımlığı, müxtəlif dinləri, təriqətləri, vəhşilikləri görmüş və yaşamışlar; buralarda hökm sürən qaydalar da onlar üçün qanun olmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər var-dövlətlərinin əllərindən alındığını gördükdə, hər şeylərini gizlətmişlər; biləndə ki, doğru söz başa bəladır və ehtiyatsız deyilmiş söz onların axırına çıxa bilər, onlar lal-dinməz və yalançı olurlar. Vaxtilə onlara arxa olan birisi bir gün bədbəxtliyə düçar olsa, ermənilər ona kömək əli uzatmazlar, onlar naşükür və nankordurlar, nəhayət ticarətdən savayı heç nə ilə məşğul ola bilmədiklərindən, zahiri hörmətə, şöhrətə çatmağa layiq olmadıqlarından, bütün biclikləri, hiyləgərlikləri ilə mövcud vəziyyətin bütün xırdalıqları ilə hesablaşaraq özlərini ticarətə həsr etmişlər. Lakin ticarətdə erməninin sözü demək olar ki, doğrudur; ticarət işlərində onun atdığı imza müqəddəsdir, dəyişməzdir(Dümanın bu son fikri bir qədər ziddiyətlidir, çünki bir az bir qədər əvvəl gördük ki, böyük yazıçı tamamilə bunun əksini deyir Ə.N.)

Azərbaycanlıya gəldikdə isə, biz bu tip haqda artıq danışmışıq; digər Qafqaz xalqları ilə qaynayıb-qarışmaq onun ilkin, bəsit formasını, qabalığını gözəlləşdirmişdir. O, həmişə qalib olmuşdur, indi də cəngavər olaraq qalır, tərəkəmə həyat tərzi sürmüşdür, indi də səyahət etmək, irəli hərəkət etmək, yer dəyişmək həvəsini yaşadır. O, ilxılarda ilxıçı olmağı, çobanlıq etməyi, heyvan bəsləməyi böyük məmnuniyyətlə qəbul edir; dağları, böyük ucsuz-bucaqsız yolu, səhraları, qisası, azadlığı sevir. Elə ki yaz gəldi, azərbaycanlı kənd-kəsəyi tərk edər, oraya bir də yalnız payızda qayıdar; qadınlar kişilərin otardığı qoyunların yununu əyirib xalça toxuyarlar. Onları toxuduqları Quba, Şamaxı, Nuxa (indiki Şəki – Ə.N) xalçaları sadə naxışlarına, əlvan rənglərinə, möhkəmliyinə və davamlılığına görə İran xalçalarından heç də geri qalmır və onlardan fərqli olaraq yarı qiymətə satılır. Bundan əlavə, onlar incə tiyəli xəncərlər istehsal edir, qınını gözəl naxışlarla bəzəyirlər, dağlı əyanlar onların düzəltdiyi və qundağını fil sümüyü ilə işlədikləri tüfənglərin hərəsinə dörd at və ya iki arvad verir.

Azərbaycanlı ilə alver edəndə hansısa kağıza imza atmağa ehtiyac yoxdur, onun bir sözü kifayət edir.”

Aleksandr Düma,  “Qafqaz” səh. 194- 195.

Ay bambılı prezident, sən şərəfsizin haqsız işinə himayədarlıq edib, ləyaqətlinin haqq işinə ədalətsizlik edirsən. Özü də açıq-aşkar, göz görə-görə. Ay Monteskye, Qobino və Lebonların ögey övladı, sən bir xalqın ərazisinə soxulub, üstəlik yeni-yeni bölgələri ələ keçirmək istəyən it sürüsünü üstümüzə qısqırdırsan. Sənin kimi beyinsiz və şərəfsiz prezidentə böyük fransız xalqı necə dözür, bilmirəm.

Əlisa  NİCAT