Gəncə sakini Zaqatalada narkotiklə tutuldu

29 İyun, 2020, 12:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Zaqatala Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Dövlət Yol Polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan “VAZ 2106” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib.

Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93