Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlandı – FOTO

14 May, 2020, 16:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Gəncədə karantin rejimini pozan tədris mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Hüseyn Zahidova məxsus “Günəş” məktəbəqədər tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib. H. Zahidov  və mərkəzin digər əməkdaşları barədə  qanuna müvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93