Gəncə sakini 22 nəfər tərəfindən döyülərək öldürülüb?Baş Prokurorluq AÇIQLAMA YAYDI

11 Sentyabr, 2019, 14:59
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil".

Bu barədə Hurriyyet.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparıb: "18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirib".

"Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub", – məlumatda qeyd edilib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93