Salam, xoş gəlmisiniz.

Gəncədə seçki tarixində görünməmiş olay: "Bir məntəqə namizədlərdən gizlədilib" - İDDİA + FAKT

2020-02-15 12:46:00

Gəncədə seçki tarixində görünməmiş olay:

"37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizədlərin hamısına verilən dislokasiyalarda dairənin ərazisində 24 məntəqənin olduğu yazılıb. Pərvin Kərimzadəni çıxmaq şərti ilə, yerdə qalan namizədlərin hamısı dairələrində 25 məntəqənin olmasından xəbərsiz olublar".

Hurriyyet.org mia.az-a istinadən xəbər verir ki, bunu jurnalist Xalid Kazımlı sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, seçki bitəndən sonra məlum olub ki, dairənin ərazisində 24 yox, 25 məntəqə olub: "Orada da Pərvin Kərimzadəyə 570 səs veriblər, digər namizədlərin hamısına isə 0 səs. Bu, bütün zamanların seçki tarixində bir ilkdir və dünyada analoqu yoxdur".

Jurnalist bildirib ki, bu dairə ləğv olunmalı dairələrin başında gəlməlidir...

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93