Salam, xoş gəlmisiniz.

Gəncədəki partlayışla bağlı 2 maddə ilə cinayət işi başlandı

2018-11-21 10:19:05

Gəncədəki partlayışla bağlı 2 maddə ilə cinayət işi başlandı

Gəncədə yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Hurriyyet.org-un Trend-ə istinadən məlumatına görə, faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğu və və Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Faktla bağlı zəruri ekspertizalar təyin olunub və istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb, nəticədə 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru