Salam, xoş gəlmisiniz.

General hər an dəhşətli müharibəyə başlaya bilər - Ordu hazır vəziyyətə gətirildi

2020-01-14 18:19:00

General hər an dəhşətli müharibəyə başlaya bilər - Ordu hazır vəziyyətə gətirildi

Liviya Milli Ordusunun rəhbəri, inqilabçı general Xəlifə Haftar qüvvələrini paytaxt Tripolinin cənubunda toplayır.

Hurriyyet.org publika.az-a istinadla xəbər verir ki, bu barədə Liviya Milli Barışıq Hərəkatına yaxın mənbələr məlumat yayıb.

Hərbi qaynaqlar bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri zirehli avtomobil və topların Haftarın əsas qərargahı olan Tərhunəyə çatıb.

Qeyd edək ki, Moskvada Türkiyə və Rusiyanın diplomatik vasitəçiliyi ilə atəşkəs rejiminin təmin edilməsi üçün mətn hazırlanmışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Liviya Milli Barışıq Hərəkatının Baş naziri Faiz əs-Sərrac mətni imzalamışdı. Lakin Haftar imza atmadan Rusiyanın hüdudlarını tərk etmişdi.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru