GİZLİ TOPLANTI: Türkiyədəki bələdiyyələri onlar idarə edirmiş… – FAKTLAR

19 Sentyabr, 2019, 12:54
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

HDP-nin rəhbətlik etdiyi bələdiyyələri sədrləri deyil, Qəndilin təyin etdiyi terrorçular idarə edir. Sədrlər simvolik olaraq vəzifədə görünsə də, bələdiyyənin bütün fəaliyyətini dağdan göndərilən bu “tam səlahiyyətli” terrorçular yönəldir.
Türkiyə mediası xəbər verir ki, HDP bələdiyyələrinin PKK tərəfindən idarə olunmasıyla bağlı bu məlumatlar gizli kəşfiyyat hesabatları və gizli şahid ifadələrindən sonar üzə çıxıb.
Hesbatlardan PKK-nın şəhər təşkilatı KCK daxilində qurulan “yerli idarə heyəti”ndə yer alan səlahiyyətli terorçuların HDP bələdiyyələrinə cavabdeh olduğu məlum olub.
Həmin terrorçuların HDP-yə aid bələdiyyələrdə bütün fəaliyyətin PKK xəttinə uyğun aparılmasının təşkil edilməsi, bələdiyyə il və ilçə sədrləri ilə məclis üzvlərinə birbaşa əmr və təlimat vermə səlahiyyətinə sahib olduğu da təsbit edilib.
Gizli şahidlər və kəşfiyyat hesabatlarında əks olunan məlumatlara görə, dağdan göndərilən bu terrorçular fəaliyyət göstərdiyi bələdiyyənin həmsədrlərinin işdən çıxarılması və yerinə başqasının təyin olunması, məclis üzvlərinin vəzifəsinə son verilməsi kimi səlahiyyətlərə malikdir. Seçki prosesi zamanı HDP-dən bələdiyyə başçısı və məclis üzvlüyünə namizədlərin də “seçilməsi”, ideoloji müsahibələr, bələdiyyə daxili vəzifə dəyişikliyi, kooperativlərin təşkil edilməsi, bələdiyyə işçilərinin təşkilatlanması, bələdiyyə sədr və həmsədrləri, məclis üzvlərinin təhsillərindən cavabdeh olduqları da məlum olub. Bundan başqa, HDP-çi sədrlərin bu terrorçulardan təlimat almadan və onlarla məsləhətləşmədən heç bir addım ata bilmədiyi də gizli şahid ifadələrində yer alıb.
Hesabatlara görə, HDP-nin seçkini qazandığı yerlərdə KCK rəhbərliyi altında təşkil olunan yerli idarələrin fəaliyyət mərkəzi Diyarbəkirdir. Diyarbəkirdə qurulan yerli idarəetmə akademiyasında bələdiyyə başçılarına, həmsədrlərə və məclis üzvlərinə dağdan gələn terrorçular tərəfindən PKK ideologiyası çərçivəsində fəaliyyətlər haqqında təlim verilir. Bu yerli idarələrin PKK-nın maliyyə mərkəzinin də olduğu qeyd edilən kəşfiyyat hesabatlarında bələdiyyələrdən və onların işçilərinin maaşından hər ay müəyyən məbləğ tutularaq PKK-ya göndərildiyi bildirilir.
Hesabatlarda sözü gedən bələdiyyələrin uşaqların dağlara qaçırılmasında birbaşa iştirakı olduğu vurğulanır.
Beləliklə, Kassasiya Məhkəməsi 15 yaşına çatmamış uşaqların terror təşkilatına qoşulmasını, “dövlətin ərazisi olan torpaqlardan bir hissəni dövlətdən ayırmağa yönəlik hərəkət”ləri nəzərə alaraq bu cinayəti törədənlərə ağrılaşdırılmış ömürlük həbs cəzası verilməsi ilə bağlı qərar qəbul edib./qaynarinfo.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93