Goranboyda avtomobil ağaca çırpıldı – Sürücü öldü

0

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-də saat 16 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Səfikürd kənd sakini Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə sürücü hadisə yerində ölüb.

Goranboy Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.