Goranboyda suvarma üçün RÜŞVƏT TƏLƏBİ: Sakinlərdən 50-100 manat TƏLƏB EDİLİR

30 İyul, 2020, 20:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Goranboy rayonu Şəmmədli kənd sakinləri məmurların özbaşınalığı üzündən əkin sahələrini suvara bilmirlər.

Bu barədə Şəmmədli kənd sakini, Qarabağ müharibəsi veteranı Oktay Namazov məlumat verib.

Şikayətçinin sözlərinə görə, Goranboy rayonu Meliorasiya idarəsinin assosiasiya müdiri Vüqar Namazov ərazidən keçən çayın suyunu kəndlilərə pulla satır:

“Şəmmədli kəndində əkin sahələrini rüşvətsiz suvarmaq mümkün deyil. Kəndin yaxınlığından Qaraçay çayı keçsə də, Şəmmədlidə torpaqlar suya həsrət qalıb.

Məsələ çayda suyun azlığında deyil. Problem Meliorasiya idarəsinin assosiasiya müdiri Vüqar Namazovun çay suyunu kəndlilərə pulla satmasındadır”.

Qeyd olunur ki, Şəmmədlidə öz əkin sahələrini suvarmaq istəyən şəxslər Vüqar Namazova 50-100 manat rüşvət verməlidir. Əks halda, çaydan su götürə bilməyəcək. Qarabağ müharibəsi veteranı Oktay Namazov da adıçəkilən məmura rüşvət vermədiyi üçün çay suyundan istifadə edə bilmir.

Xatırladaq ki, Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrlyi ilə keçirilmiş son müşavirəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti kəskin tənqid olunub.\\ Yenicag


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93