Goranboyda polis niyə döyülüb? – Silahlı insidentin TƏFƏRRÜATI

13 İyul, 2019, 8:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Goranboy rayonunda dünən baş verən silahlı insidentin səbəbi məlum olub.

Hurriyyet.org bildirir ki, “Qafqazinfo” hadisənin necə baş verməsinin detallarını öyrənib. Belə ki, içkili vəziyyətdə olan bir qrup vətəndaş ictimai yerdə toplaşaraq ucadan danışıb, söyüş söyürmüşlər. Bu zaman sahə müvəkkili, polis leytenantı Vüsal Kərimov və mühafizə polisi əməkdaşı Səfər Həsənov onlara yaxınlaşaraq intizamlı davranmağı bildiriblər. Sərxoş gənclər isə polislərlə mübahisə ediblər, sonda isə bu davaya səbəb olub.

Vətəndaşlar polisi və mühafizəçini döyməyə başlayıblar. Bir neçə nəfər tərəfindən döyülən leytenant Kərimov xidməti silahından havaya atəş açaraq onları özündən uzaqlaşdırmağa çalışıb. Bu zaman güllə V.Kərimovu döyənlərdən biri – Təbriz Əmrahovun sol gözündən dəyib. Daha sonra vətəndaşlar silahı polisin əlindən alaraq tapançanın qundağı ilə V.Kərimovun başına dəfələrlə vurublar. Mühafizəçi Səfər Həsənov da döyülmə nəticəsində xəsarət alıb. T.Əmrahov və iki polis əməkdaşı hazırda xəstəxanada müalicə olunurlar.

Goranboy rayon prokurorluğunda araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93