Salam, xoş gəlmisiniz.

Görünməmiş vəhşilik: Soyundurub diri-diri köpəyə yedizdirdilər

2019-09-09 19:50:11

Görünməmiş vəhşilik: Soyundurub diri-diri köpəyə yedizdirdilər

Bu ilin ilk ayı ərzində 17 min cinayətin işləndiyi Meksikada dəhşətli olay baş verib.

Paytaxt Mexikoda 5 nəfər bir qadına təcavüzdə ittiham olunan kişini pitbull cinsindən olan köpəklə hücum edib.

Bu vəhşiliyə imza atan şəxslər olayın görüntülərini “ibrət olsun” qeydi ilə yayımlayıb.

Qandonduran görüntüdə 5 nəfərin əhatəsində olan şəxs qolları qandallı və çılpaq halda yerə uzadılmış formada əks olunub. Bu vaxt pitbull adamın cinsiyyət orqanına hücum edir. Yalvarması bir nəticə verməyən qurban azğınlaşmış itin dişləri arasında qalır.

Adı açıqlanmayan adamın aqibətinin necə olduğu bilinmir. \\Teleqraf


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru