Göyçayda kütləvi zəhərlənmə – Ana və 2 azyaşlı övladı…

18 May, 2020, 16:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hurriyyet.org-un Trend-ə istinadla məlumatına görə, hadisə rayonun 1-ci Ərəbcəbirli kəndində qeydə alınıb. Kənd sakini, Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova mayın 17-də kənd ərazisindəki “Seyidlər” marketdən şirniyyat alıb.

Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər. Həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onlara “alimental qastrit” diaqnozu qoyulub.

Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla bağlı araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93