Göyçayda təqaüd kartlarından pul oğurlayan şəxslər tutuldu

20 May, 2020, 11:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Göyçay Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən 2 nəfər rayon sakini onlara məxsus təqaüd kartlarından ümumilikdə 366 manat pulun internet vasitəsilə çıxarılaraq oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törədən şəxsin Göyçay şəhər sakini 27 yaşlı Rafael Kərimli olduğu müəyyən edilərək saxlanılıb.

Göyçay RPŞ əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini L.Əliyevə məxsus təqaüd kartından 100 manat pulu internet vasitəsilə çıxararaq oğurlayan əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Ruslan Qasımov saxlanılıb.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93