Göygöldə DƏHŞƏT: Ər-arvad maşında yanaraq öldü

3

Göygöldə avtomobil yanıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 21099” markalı minik maşını yanıb.

Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.

Onların ər-arvad olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.