Salam, xoş gəlmisiniz.

Göygöldə kişi həmkəndlisini güllələdi

2020-02-14 13:38:00

Göygöldə kişi həmkəndlisini güllələdi

Göygöldə güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93