Salam, xoş gəlmisiniz.

Güləşçimiz erməni idmançıya qalib gəldi

2017-08-22 15:49:48

Güləşçimiz erməni idmançıya qalib gəldi

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Hurriyyet.org xəbər verir ki, ikinci yarış günündə 59 kq çəki dərəcəsində mübarizə aparan Taleh Məmmədov 1/16 finalda Belarus idmançısı Maksim Kazarskiyə 2:1 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Viktor Çiobanudan da üstün olan təmsilçimiz (12:9) növbəti mərhələdə qırğızıstanlı Kanibek Jolçubekovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində yarışan idmançımız Elvin Mürsəliyev isə 1/16 finalda rusiyalı Roman Vlasovu, 1/8 finalda isə erməni əsilli Polşa təmsilçisi Edqar Babayanı məğlubiyyətə uğradıb - 8:0.

Növbəti mərhələdə E.Mürsəliyev mərakeşli Zied Aid Ouaqramla üz-üzə gələcək./trend/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93