Salam, xoş gəlmisiniz.

Gürcü “Vikipediya”sında Azərbaycan məqaləsi seçildi

2018-02-14 19:21:01

Gürcü “Vikipediya”sında Azərbaycan məqaləsi seçildi

"Gürcücə Vikipediya"da Azərbaycan məqaləsi araşdırmaçı tanınmış Mehman İbrahimov tərəfindən əsaslı redaktə olunduqdan sonra ayın məqaləsi seçilib.

https://ka.m.wikipedia.org/wiki/%E1%83%90%E1%83%96%E1%83%94%E1%83%A0%E1%83%91%E1%83%90%E1%83%98%E1%83%AF%E1%83%90%E1%83%9C%E1%83%98

Bu barədə məlumatı AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri,diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

“Məqalədə Azərbaycanın turizmi, mədəniyyəti, iqtisadiyyatı və s. sahələr və işğal olunmuş torpaqlarımız haqqında geniş məlumatlar öz əksini tapıb.

Məqalə "Gürcücə Vikipediya"da bir ay ərzində görünəcək. İki gün ərzində üç mindən çox baxış olub. Baxışın artacağı gözlənilir.

Qeyd edim ki, Mehman İbrahimov xarici mətbuatda Azərbaycan həqiqətləri uğrunda mübarizə aparan araşdırmaçılardandır. Dəfələrlə Ermənistanın Qarabağı işğal etməsi və Xocalı soyqırımı barədə xarici mətbuatda sərt məqalələrlə çıxış edib”,-deyə E.Eltürk əlavə edib.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93