Gürcüstan Ermənistanın səhiyyə nazirindən üzr tələb etdi

23 May, 2020, 16:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda COVID-19-la bağlı rəsmi göstəricilərlə bağlı şübhələrini ya əsaslandırmalı, ya da üzr istəməlidir”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli dövlət məmuru heç bir arqument olmadan belə açıqlamalar verməməlidir: “Gürcüstanda COVID-19 xəstələri ən yüksək beynəlxalq standartlara uyğun olaraq aşkar edilir və qeydiyyata alınır. Göstəricilərin etibarlılığını hələ heç bir beynəlxalq təşkilat və ya ekspert şübhə altına almayıb”.

T.Tsertsvadze deyib ki, erməni nazirin ölkəsində epidemiya əleyhinə sistemin Gürcüstandakından daha güclü olması barədə bəyanatı ən azı gülüş doğurur: “Biz Arsen Torosyanı və digər maraqlı olanları koronavirusla bağlı vəziyyətin idarə olunmasında Gürcüstan təcrübəsini öyrənmək üçün ölkəyə dəvət edirik”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93