Gürcüstan müxalifəti seçki bloku yaradıb

8

Gürcüstanın 5 müxalifət partiyası parlament seçkiləri öncəsi seçki bloku təsis edib.

“Report”un yerli bürosu xəbər verir ki, birliyə Vahid Milli Hərəkat Partiyası, Respublika Partiyası, “Dövlət xalq naminə”, “Biz özümüz” hərəkatları, Tərəqqi və Azadlıq Partiyası daxildir.

Siyasi təşkilatlar parlament seçkilərinə “Birləşmiş müxalifət – Güc birlikdədir” adlı blokla qatılacaqlar.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 31-də keçiriləcək.