Gürcüstan Avropa Şurasına sədrlik edəcək – Gələn ildən

8 Oktyabr, 2019, 13:04
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstan 2020-ci ildə ilk dəfə olaraq Avropa Şurasına sədrlik edəcək.

Bu açıqlama ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani çıxış edib.

Onun sözlərinə görə, gələn il Gürcüstanda Avropa Şurasının Nazirlər Komitəsinin toplantısı təşkil olunacaq. Bununla yanaşı, ölkədə bir sıra tədbirlər də planlaşdırılıb.

Bundan başqa, Gürcüstan 2020-ci ildə “Şərq tərəfdaşlığı” sammitinə ev sahibliyi etməyə hazırlaşır.

D.Zalkaliani deyib ki, bu tədbirlərlə əlaqədar gələn ilin dövlət büdcəsində Xarici İşlər Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitin həcmi xeyli artırılıb.

Bu vəsaitin xeyli hissəsi beynəlxalq tədbirlərin təşkilinə sərf olunacaq./azərtac/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93