Salam, xoş gəlmisiniz.

Gürcüstan hərbi təyyarələrin istehsalını bərpa edə bilər

2019-09-05 16:45:37

Gürcüstan hərbi təyyarələrin istehsalını bərpa edə bilər

“Gürcüstan hökuməti ölkədə hərbi təyyarələrin istehsalını bərpa etməyi planlaşdırır”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanda intellektual resurslar var: “Unikal yüksək texnologiyalı məhsullar hazırlayan şəxslər indiyədək ölkədə yaşayır. Mən hərbi təyyarələrin istehsalının bərpa olunması məsələsini hökumət qarşısında qaldıracağam”.

İ.Qaribaşvili əlavə edib ki, ölkədə hərbi təyyarələrlə yanaşı, raket və müxtəlif yüksək texnologiyalı məhsulları da istehsal etmək mümkündür.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru