Gürcüstanda Nəriman Nərimanovun abidəsi bərpa olundu – FOTO

14

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı-publisist Nəriman Nərimanovun heykəli əsaslı bərpa olunub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, abidənin təmir-bərpası Marneulinin icra başçısı Zaur Darğallının təşəbbüsü ilə həyata keçirilib.

Bu gün Z.Darğallı abidəni ziyarət edib.

Bildirilib ki, heykəlin postamentinə N.Nərimanovun adı sabah yazılacaq.

Qeyd edək ki, Marneulidə N.Nərimanovun heykəli 1983-cü ildə ucaldılıb. Həmin vaxtdan abidə üzərində heç bir bərpa işləri aparılmadığından qəzalı və baxımsız vəziyyətdə idi.