Salam, xoş gəlmisiniz.

Gürcüstanda azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurdu

2020-03-24 17:17:00

Gürcüstanda azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurdu

“Bu gün Gürcüstanda təsdiq olunan 4 yeni koronavirus halı Marneuli ilə bağlıdır”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, həmin şəxslər koronavirusa yoluxan 62 yaşlı qadının ailə üzvləridir: “Hazırda həmin qadın Tbilisidə müalicə olunur. Onun ilkin olaraq yerləşdirildiyi Marneuli xəstəxanasındakı digər pasiyentlər və tibbi heyət koronavirusla bağlı testdən keçiriliblər və nəticələr mənfi olub”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 67 nəfər yoluxub ki, onların da 9-u sağalıb./report/

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93