Gürcüstanda azərbaycanlı yeniyetmə qızı zorlayan 40 yaşlı kişi saxlanıldı

10 İyun, 2019, 10:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstanın Lqodexi rayonun Qabal kəndində 16 yaşlı azərbaycanlı qızı zorlamaqda ittiham olunan 1979-cu il təvəllüdlü kişi saxlanılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 40 yaşlı İ.B. adlı azərbaycanlı kişi 2018-ci ilin sentyabrında 16 yaşlı qızla cinsi əlaqədə olub. Yeniyetmə bu ilin mayında uşaq dünyaya gətirib.

Aparılan genetik ekspertiza nəticəsində 40 yaşlı kişinin həmin uşağın atası olması müəyyən edilib.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. Onu 10 ildən 13 ilədək müddətə həbs cəzası gözləyir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93