Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin sakinləri etiraz aksiyası keçirib – FOTOLAR

12 İyul, 2019, 14:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda etiraz aksiyası keçirilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bələdiyyə binasının qarşısında baş tutan aksiyada İmir kənd sakinləri iştirak ediblər.

Sakinlər ötən gün güclü dolu nəticəsində İmir kəndinə dəyən ziyanın aradan qaldırılmasını tələb ediblər. Onların sözlərinə görə, bu gün doludan ziyan görən bəzi kəndlərə yardım göndərilsə də, İmir kəndi diqqətdən kənarda qalıb.

Bələdiyyə binası önünə gələn Marneuli rayon rəhbəri Zaur Darğallı, deputatlar Ruslan HacıyevTamaz Naveriani sakinlərə İmir kəndindəki vəziyyətdən xəbərdar olduqlarını deyiblər. Onlar bildiriblər ki, dolunun Marneuli rayonunda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə xüsusi komissiya yaradılıb və yaxın zamanlarda İmir kəndinə də müvafiq yardım göstəriləcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93