Gürcüstanda etiraz aksiyası: metallurqlar maaş davasına qalxdı

16 May, 2019, 9:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri etiraz aksiyası keçiriblər.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, iştirakçılar əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Yüzə yaxın işçinin qatıldığı aksiyanın əsas tələbi əmək haqlarının 1000 lariyə qədər artırılması və iş saatının 12 saatdan 8 saata qədər azaldılmasından ibarət olub.

İşçilər zavod rəhbərliyi ilə görüş keçiriblər. Rəhbərlik hazırkı mərhələdə onların tələblərinin yerinə yetirilməsinin mümkün olmadığını bildirib.

Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93