Gürcüstanda nazir müavininin üstünə baner aşdı – Kuryoz hadisə

10 İyul, 2019, 10:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstanın Batumi şəhərində inşa olunacaq Qafqaz Universitetinin təqdimat mərasimində kuryoz hadisə baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze tribunada çıxış edərkən arxada yerləşdirilən baner onun üzərinə aşıb.

Nazir müavini tribunadan vaxtında uzaqlaşıb və heç bir xəsarət almayıb.

Baner yerinə möhkəmləndiriləndən sonra İ.Abuladze çıxışına davam edib. O deyib ki, banerin aşması layihənin uğurlu olacağına işarədir.

Qeyd edək ki, Batumidə Qafqaz Universiteti və ali məktəbin kampusu üç il ərzində inşa olunacaq.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93