Salam, xoş gəlmisiniz.

Gürcüstanda niqab və çadranın qadağan olunması təklif edilir

2018-09-07 23:16:28

Gürcüstanda niqab və çadranın qadağan olunması təklif edilir

Gürcüstanda ictimai yerlərdə niqab və çadranın qadağan olunması təklif edilir.

Hurriyyet.org bildirir ki, Report-un Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıb.

Layihəyə əsasən, meydan, park, bütün ictimai nəqliyyat növlərində və digər ictimai yerlərdə niqab və çadradan istifadəyə 500 lari (190 dollar) məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari (572 dollar) məbləğində cərimə tətbiq oluna bilər.

Üzü bağlayan geyimlərə qadağa Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşlarına şamil olunmayacaq.

Sənəddə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər Gürcüstana gələn turistlərin sayının artması ilə bağlıdır: “Üzü bağlayan geyimlər şəxsin identifikasiyasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır".

Qeyd edək ki, bəzi Avropa ölkələrində niqab və çadraya artıq qadağa qoyulub.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru