Gürcüstanda “oğru dünyası”nın 6 üzvü saxlanıldı

    4

    Gürcüstanın Daxili İşlər Nazirliyi “oğru dünyası”nın 6 üzvünün saxlanıldığını açıqlayıb.

    Hurriyyet.org xəbər verir ki, həmin şəxslər Tbilisi, Kutaisi, Batumi və Kobuletidə həyata keçirilən xüsusi əməliyyatlar zamanı yaşadıqları evlərdə yaxalanıblar.

    Axtarış zamanı saxlanılan şəxslərdən xaricdə yaşayan gürcü “qanuni oğru”larla və bir-biriləri ilə əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonlar müsadirə olunub. Onların maliyyə mübahisələrinin həlli üçün “qanuni oğrular”a müraciət etdikləri müəyyən olunub.

    “Oğru dünyası”nın üzvlərini 3 ildən 10 ilədək həbs cəzası gözləyir./apa/