Gürcüstanın azərbaycanlılar yaşayan kəndində İNSİDENT OLDU

1 May, 2020, 23:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) kəndində insident baş verib.

Kənddə koronavirusa yoluxan şəxslərin klinikaya aparılması sakinlərin etirazına səbəb olub.

Sakinlər təcili tibbi yardım həkimləri və polis əməkdaşlarına müqavimət göstəriblər. Qarşıdurma zamanı Bolnisinin icra başçısının kənd üzrə nümayəndəsinin avtomobili daşa tutulub.

Hadisə zamanı xəsarət alan olmayıb. Həkimlər və polis əməkdaşları kəndi tərk ediblər.

COVID-19 infeksiyasının təsdiqləndiyi 10 nəfər hazırda kənddə qalır. Onların xəstəxanaya çatdırılması ilə bağlı danışıqlar aparılır. \\Report


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93