“Gürcüstanın bu açıqlaması, dostluğa və qarşılıqllı etimada zərbədir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

10

“Rəsmi Tiflisin bu mövqeyi Kremllə razılaşdırlıb”

“Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarına qarşı  Azərbaycana dəstək verən Türkiyə, Ukrayna və İrandı. Təəssüf ki, Gürcüstanın mövqeyi iki başlı və strateji tərəfdaşlığıa zidd bir mövqe oldu. Gürcüstan prezidenti və hökuməti bir daha bu bəyanatla sübut etdilər ki, Kremlin sifarişi ilə hərəkət edirlər”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

“Gürcüstan hakimiyyətinin bu mövqeyi öz xalıqna qarşıdır”

M.Əsədullazadənin sözlərinə görə, rəsmi Tiflisin bu mövqeyi Kremllə razılaşdırlıb: “Gürcüstan prezidenti S. Zurabaşvili Azərbaycanla sərhəd təxribatı yaradan şəxsdi və onun Azərbaycana qarşı düşmənçiliyi bir daha sübut edildi. Gürcüstanın bu açıqlaması, dostluğa və qarşılıqllı etimada zərbədir. Sabah Gürcüstana qarşı  bu müharibənin də başlaması istisna deyil. Amma Azərbaycan həmişə olduğu kimi, dost gürcü xalqına dəstə verəcək. Gürcüstan hakimiyyətinin bu mövqeyi öz xalıqna qarşıdır”.

“İran praqmatik siyasət ortaya qoyub”

Əsədullazadə qeyd edib ki, Türkiyə və Ukraynın Azərbaycan tam dəstəyi təbiidir: “Hər iki ölkəni birləşdirən siyasi dəyərlər mövcuddur. İranın mövqeyinə gəldikdə isə, İran regionda geosiyasi tarazlıqdan narahatdır. Ona görə də Azərbaycana  dəstək verdi. Azərbaycan qarşı daima mənfi siyasət sərgiləyən Vazeinin dili ilə  ərazi bütövlüyümüz İranın strateji xətti olduğu vurğulandı. Əlbəttə ki, bu önəmli dəstəkdir. Biz belə dəstəyi Gürcüstandan gözləyirdik, Amma  İrandan dəstək gəldi.  Görünür, İran praqmatik siyasət ortaya qoyub və Azərbaycanla əməkdaşlıqda maraqlıdır”.

“Bir neçə ildir ki, Azərbaycanın Qərb qapısında provaksiyalar həyata keçirilir. Ötən il Gürcüstan prezidenti kilsə məsələsini ortaya atmaqla, bu təxribatlara getdi. Bu təxribatların arxasında duranlar onu bacara bilmədilər. İndi isə Ermənistan dövriyyəyə girib”,-deyə politoloq əlavə edib.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı bəyanat verib.

“Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən, beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz-Ermənistan və Azərbaycan üçün vacibdir”, -deyə bəyanatda bildirilir.

Şamo EMİN, Hurriyyet.org