Gürcüstanın daha bir rayonunda sərt karantin rejimi ləğv olunur

3

Gürcüstanın Kvemo Kartli (Borçalı) bölgəsinin Tetritskaro rayonunda sərt karantin rejimi ləğv olunacaq.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, mayın 22-dən rayonda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb: “İnkubasiya dövrü başa çatıb və son 14 gündə rayonda 449-dan çox rayon sakini testdən keçirilib. Yeni yoluxma halı təsdiqlənməyib. Buna görə də Tetritskaroya giriş-çıxışın bərpası barədə qərarın qəbulu mümkün olub”.

Qeyd edək ki, yüksək epidemioloji riskə görə Tetritskaro rayonuna giriş-çıxış aprelin 26-dan etibarən məhdudlaşdırılıb. /report/