Salam, xoş gəlmisiniz.

Gürcüstanın azərbaycanlı deputatı Marneulidəki vəziyyəti şərh etdi

2020-03-24 10:47:00

Gürcüstanın azərbaycanlı deputatı Marneulidəki vəziyyəti şərh etdi

“Marneulidə yerli əhali arasında əhval-ruhiyyə normaldır”.

Hurriyyet.org xəbər verir ki, bu barədə report-a Marneulinin deputatı Ruslan Hacıyev karantin zonası elan olunan rayondakı vəziyyəti şərh edərkən bildirib.

O, yerli sakinlərə evdə qalmağı və heç kəslə təmasda olmamağı tövsiyə edib: “Koronavirus bəlasının aradan qaldırılması üçün hər bir şəxs üzərinə düşən məsuliyyəti dərk etməlidir. Marneuli əhalisinin böyük əksəriyyəti anlayır ki, yaranmış vəziyyətdən çıxış yolu üçün həmrəylik və birlik tələb olunur”.

Qeyd edək ki, dünəndən Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılmasının yüksək riski ilə bağlı ciddi karantin rejimi tətbiq olunub. Rayonlara giriş-çıxış məhdudlaşdırılıb, ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlanıb. Gürcüstanın daxili işlər və müdafiə nazirlikləri xüsusi rejimə 24 saat ərzində birgə nəzarət edir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93