Gürcüstanın sabiq müdafiə nazirini 9 ilədək həbs gözləyir

27 İyul, 2019, 10:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Gürcüstanın keçmiş müdafiə naziri, müxalif “Qalib Gürcüstan” siyasi hərəkatın lideri İrakli Okruaşviliyə qarşı rəsmi ittiham irəli sürülüb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, siyasətçi kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur.

İ.Okruaşvili özünü günahkar hesab etmir.

Sabiq nazirin günahı sübuta yetiriləcəyi təqdirdə onu dörd ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, İ.Okruaşvili iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində istintaqa ifadə verib. Sabiq nazir iyulun 25-də Tbilisidə saxlanılıb. O, iyunun 20-21-də Tbilisidə baş verən hadisələrlə bağlı tutulub.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93