Həcc ziyarətini başa vuran zəvvarlar 14 günlük karantin keçəcəklər

13

 

Həcc ziyarətini başa vuran zəvvarlar evlərində 14 günlük karantin keçəcəklər.

Azərtac xəbər verir ki, onlar bu müddət ərzində qollarına taxılan elektron qolbağı çıxara bilməzlər. Bu qolbaq vasitəsilə Səudiyyə Ərəbistanının müvafiq qurumları zəvvarların COVID-19-a yoluxub- yoluxmadığını “Tatamman” adlı internet proqramı ilə təsbit edəcək. Qeyd edək ki, elektron qolbaqlar zəvvarlara Həcc ziyarətindən 14 gün əvvəl keçirdikləri karantin dövründə taxılıb.

Bu arada, Səudiyyə Ərəbistanının Həcc və Ümrə məsələləri Nazirliyi pandemiya şəraitində növbəti Ümrə ziyarətinə hazırlıq işlərinin başlandığını bəyan edib. COVID-19-un yayılması səbəbindən Krallıq martın 4-dən keçirilməsi nəzərdə tutulan bu ziyarəti ləğv etmişdi.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin son məlumatına görə, son 24 saat ərzində Krallıqda yeni növ koronavirusa 1258 nəfər yoluxub, 32 nəfər isə vəfat edib./Strateq.az/