Həftər bir gün sonra neft qərarından geri çəkildi – “Təlimatı BƏƏ verdi”

1

Hurriyyet.org xəbər verir ki, Liviya Milli Neft-Qaz Şirkəti neft istehsalının kəsilməsində BƏƏ-ni ittiham edib. NOC (Liviya Milli Neft-Qaz Şirkəti) tərəfindən verilən  açıqlamada 10 iyul tarixində Sidra limanında xam neft tankerinə yükləmə ilə neft ixracının başladığı xatırlanıb və deyilib: “Xəlifə Həftər silahlı qüvvələri 11 iyul tarixində ixracatın dayandırımasına əmr verib və müzakirələrdəki əməkdaşlıq razılaşmasından geriyə addım atıb. Xəlifə Həftər qüvvələrinə istehsalın dayandırılması göstərişinin BƏƏ tərəfindən verilməsi istiqamətində NOC təşkilatına məlumat verilib”.

Liviya Milli Neft Təşkilatı ölkənin şərqindəki qiyamçı qüvvələrin lideri Xəlifə Həftərin ölkə miqyasındakı neft istehsalı və ixracatının dayandırılmasını pisləyib.

Hurriyyet.org