Həftəsonu market və apteklər işləməyəcək

4 İyun, 2020, 15:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkətini, əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib.

Huriyyet.org-un verdiyi xəbərə görə, fəaliyyətinə qadağa qoyulan sahələr arasında ərzaq mağazaları və apteklər də var.

Belə ki, fəaliyyətinə icazə verilən sahələr sırasında bu iki fəaliyyət növünün adı qeyd olunmayıb. Xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyətinə icazə verilir. Tibbi yardıma ehtiyacı olan sakinlər 103 xidmətindən istifadə edə bilərlər.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93