“Hər kəsi düşündürən dövlət neft şirkətinin maliyyə durumudur” – QUBAD İBADOĞLU

23 May, 2020, 11:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“SOCAR nəinki bu ilin 1-cü rübünə dair nəticələri, hətta ötən il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarını hələ də açıqlamayıb”

“Bu ilin 1-ci rübünün nəticələrinə görə, dünyanın ən böyük 12 neft şirkətinin – ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger, Baker Hughes, Royal Dutch Shell, BP, Total, Eni, Rosneft və Equinor – birlikdə zərəri 20,6 milyard dollar olub”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

İqtisadçı alimin sözlərinə görə, dünyanın nəhəng şirkətlərinin bu dövrdə ümumi gəliri 53,5 milyard dollar və ya 17 faiz azalaraq 262 milyard dollara düşüb: “Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-mart aylarında həmin şirkətlər 315,5 milyard dollarlıq gəlir əldə etmişdi. Adı sadalanan şirkətlərin bəzilərinin (BP, Total, Equinor) Azərbaycanda da işləməsi onların bizim ölkədəki fəaliyyətinə də təsirsiz ötüşməyəcək. Bununla yanaşı, hər kəsi düşündürən dövlət neft şirkəti -SOCAR-ın maliyyə durumudur. Təəssüflər olsun ki, SOCAR nəinki bu ilin 1-cü rübünə dair nəticələri, hətta ötən il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarını il başa çatmasına 5 aya qədər vaxt ötməsinə baxmayaraq, hələ də açıqlamayıb”.

ADR Hərəkatının sədri bildirib ki, SOCAR-ın saytında ən sonuncu maliyyə hesabatı 2018-ci ili əhatə edir: “SOCAR da bu ilin ilk rübündə çox şübhəsiz ki, zərərlə qarşılaşıb, amma onun ziyanı dünya nəhənglərində olduğu kimi milyardlarla deyil, yəqin ki, yüz milyonlarla olar. İstənilən halda SOCAR maliyyə fəaliyyətinin yekunlarının xarakterizə edən göstəriciləri aylıq olmasa da rüblük əsasda açıqlamağa borcludur, çünki dövlət şirkətidir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93