“Hər sahədə Azərbaycana dəstək verməyə davam edəcəyik” – FƏXRƏDDİN ALTUN

8

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ilə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə telefon danışığı olub.

Hurriyyet.org xəbər verir ki, Fəxrəddin Altun Hikmət Hacıyev ilə səmərəli telefon danışığı həyata keçirdiyini bildirərək “Azərbaycana Ermənistanın Dağlıq Qarabağın qanunsuz işğalına son qoymağa çalışdığı bu dövrdə hər sahədə, xüsusən dezinformasiya ilə mübarizədə dəstəyimizi davam etdirəcəyik”, – deyib.

İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri telefon danışığı zamanı Hikmət Hacıyevi doğum günü münasibəti ilə də təbrik edib.

Fəxrəddin Altun ilə telefon danışığını şərh edən Hikmət Hacıyev isə “Dostum Fəxrəddin Altun ilə ölkələrimizə qarşı qara piar və dezinformasiya ilə mübarizə aparmaq üçün birgə addımları və əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Azərbaycan-Türkiyə Media Platforması səylərimizi gücləndirmək üçün əhəmiyyətli bir təşəbbüs olacaq”, – deyə bildirib.

Hurriyyet.org