Həyətində narkotik becərən Balakən sakini saxlanıldı

3 İyun, 2020, 11:02
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, şöbə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mahamalar kənd sakini sakini, 44 yaşlı Abdulla Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman digər bitkilərin arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 8 ədəd və kökündən çıxararaq kənara atdığı 29 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93