Hacı İbrahimə 1,5 milyon “atan” baş mühasibi hakim qarşısında – Afrikada gizlənirmiş

23 May, 2020, 23:48
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hacı İbrahim Nehrəmliyə qarşı dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

Külli miqdarda dələduzluqda ittiham edilən Vaqif Bağırov Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. İstintaq orqanının təqdimatına əsasən V.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Məlum olub ki, V.Bağırova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Pia.az - Hacı İbrahim: “Onu özüm İnterpola vermişəm”

1970-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda anadan olan Vaqif Bağırov İnterpol xətti ilə axtarışa verilib.

V.Bağırov Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində baş mühasibi olub.

Hacı İbrahim bununla bağlı bildirib ki, İnterpol xətti ilə axtarışa verilən V. Bağırov ona məxsus “Avesta” konsernində uzun müddət baş mühasib işləyib. Daha sonra ona qarşı dələduzluq edərək küllü miqdarda pulunu mənimsəyərək qaçıb.

İş adamı deyirdi ki, V.Bağırov ondan qaytaracağını deyərək notarius yolu ilə məndən 1,5 milyon manat pul alıb.

H.İbrahim Vaqif Bağırovun Afrikada olduğunu deyirdi. \\Musavat.com


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93