Hacıqabulda minik avtomobili “KamAZ”a çırpıldı – Xəsarət alanlar var

29 May, 2020, 10:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Hacıqabulda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1986-cı il təvəllüdlü Əzimov Vasif Cümşüd oğlu “Chevrolet” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşısında hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə zamanı “Chevrolet”də olan sərnişinlər, Yevlax rayon sakinləri – 34 yaşlı Həsənov İlkin Musa oğlu, 51 yaşlı Babayev Rafael İdris oğlu və Ağcabədi rayon sakini, 46 yaşlı Ağayev İlkin Şahlar oğlu müxtəlif növ bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93