Hacıqabulda "Aska" ləqəbli kriminal avtoritet saxlanıldı

5 İyul, 2019, 13:00
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Hacıqabul rayonunda “Aska” ləqəbli kriminal avtoritet saxlanılıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində şəhərin Koroğlu küçəsi, ev 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Asəf Adil oğlu Sevdimaliyev saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 305 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,626 qram narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93