Hadı Rəcəblinin qardaşı qızı külli miqdarda krediti ödəmir…

29 İyun, 2020, 16:35
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

Milli Məclisin sabiq deputatı Hadı Rəcəblinin qardaşı qızı Firuzə Rəcəbli 2014-cü ildə “Zaminbank” ASC-dən götürdüyü külli miqdarda krediti ödəməkdən boyun qaçırır.

Kreditin əsas məbləği 300 000 manat, hesablanmış faizlərlə birgə isə 440 000 manat təşkil edir.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Zaminbank” ASC-nin lisenziyası ləğv edilib. Ləğvetmə prosedurunu Əmanətlərin Sığortalanması Fondu icra edir.

Kreditini ödəməkdən boyun qaçıran Rəcəbli bildirib ki, borc üzrə iddia müddəti bitib. Beləliklə, Fond Firuzə Rəcəblini 2018-ci ildə məhkəməyə verib. Lakin məhkəmələr Rəcəblinin lehinə qərar çıxarıb.

Maraqlıdır ki, bu yaxınlarda Ali Məhkəmənin çıxardığı qərara əsasən, iş baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Firuzə Rəcəblinin atası və Hadı Rəcəblinin qardaşı Lənkəran Maliyyə İdarəsinin rəisi İqbal Rəcəbovdur. O, son parlament seçkilərində Lənkəranın 73-cü dairəsinin namizədlərinə və onların nümayəndələrinə qarşı təhdid və hədə-qorxu ilə yadda qalıb. /index.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93