Salam, xoş gəlmisiniz.

Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır

2020-01-27 10:54:00

Hadi Rəcəbli seçicilərə 20 manat pul və yağ paylayır

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa “əbədi” namizəd Hadi Rəcəblinin seçicilərə 20 manatdan pul və hərəyə bir qutu yağ bağışladığı xəbərləri yayılıb...

Reportyor.info-nun məlumatına görə, Lənkəranın kəndlərində seçicilərin dəstəyini və səsini almaq üçün H.Rəcəblinin seçki qərargahının üzvləri onun tapşırığı ilə bir qrup adama 20 manat və yağ hədiyyə ediblər. Bu da təbliğat kampaniyası dövründə yolverilməz haldır və seçki qanunu pozmaq kimi qiymətləndirilir. Deputatlığa namizəd seçicinin səsini qazanmaq üçün şirnikləndirici vasitələrdən istifadə edə, pul və digər qiymətli hədiyyələr paylaya bilməz. Namizəd təbliğat kampaniyasında seçicilərlə görüşüb, platformasını açıqlamalıdır, insanların problemlərini öyrənməlidir, deputat seçilərsə Milli Məclisdə hansı məsələləri qaldıracağını vəd verməlidir. Onun işi pul paylamaq, ərzaq vermək, yol çəkdirmək, park tikdirmək deyil.

Amma Lənkəran kənd seçki dairəsindən “əbədi” deputat olan və hər çıxışı qalmaqal, qıcıq doğuran, müəllimə dərsdən sonra fəhləlik edən söyləyən Hadi Rəcəbli təzədən mandat iddiasındadır. Onun yenidən deputat ediləcəyi şübhəsizdir. Çünki bu dairədə rəqibləri demək olar ki, yoxdur, onlar formal olaraq irəli sürülüblər, əksəriyyəti işsizdir, yaxud da müəllimdir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93